"Onu hər yolla Azərbaycan vətəndaşlığını qəbul etməkdən çəkindirdim"

15 Aprel 2021 23:00 Azərbaycan Futbolu 10 578
"Onu hər yolla Azərbaycan vətəndaşlığını qəbul etməkdən çəkindirdim"

“Zenit”in sabiq futbolçusu Andrey Arşavin klubun yetirməsi olan Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə toxunub.

Sportinfo.az xəbər verir ki, hazırda Sankt-Peterburq təmsilçisinin aşağı yaş qrupları üzrə inkişaf departamentinin direktoru olan keçmiş hücumçu yerli mətbuata müsahibəsində Şeydayevi bu seçimindən daşındırmaq üçün çox çalışdığını bildirib.

O, Rusiyada bəzi gənc və istedadlı futbolçuların sonradan yüksək səviyyədə çıxış edə bilməməsinin səbəblərindən danışarkən deyib:

“Hər yerdə bu qədər istedadın olduğunu düşünmürəm. Rusiya bu planda İngiltərə və İspaniyadan çox fərqlənmir.

Ətraf mühit, böyük pullar və coğrafi mənsubiyyət bu işə təsir edir. Gənclər arasında Avropa çempionatını izləsəniz, görərsiniz ki, Fransa millisinin heyətində 8 qaradərəli və 2 ərəb ölkələrindən olan futbolçu var.

Üstəlik, mən uğur qazanan gənclər millimizi Prudnikov, yaxud Şeydayevin komandası adlandırmazdım. Hərçənd ki, Şeydayevə böyük rəğbət bəsləyirdim.

Onu hər yolla Azərbaycan vətəndaşlığını qəbul etməkdən çəkindirdim. Məncə, bu turnirlərdə millimiz komanda şəklində güclü idi”.

Xəbər Lenti