"Demirchi Tover - 2017" turnirində 1/4 final mərhələsinin oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Milli Olimpiya mərkəzinin təlim-məşq bazasında (“Neftçi”nin keçmiş bazası) baş tutan qarşılaşmalardan sonra yarımfinala vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.
Yarımfinalın görüşləri 14 may tarixində keçiriləcək. Finalçılar "Caspian Group" - Prime Audit" və "Pulpay" - "Oceaneering" matçlarından sonra aydınlıq məlum olacaq. Oyunlar müvafiq olaraq saat 10:00-da və 11:00-da baş tutacaq. 1/4 final mərhələsi matçlarının nəticələrini və yarımfinal cütlüklərini nəzərinizə çatdırırıq.

