Sən hələ xuliqan azarkeş görməmisən, Elxan Abdullayev!

8 Aprel 2017 10:18 Azarkeş 945
Sən hələ xuliqan azarkeş görməmisən, Elxan Abdullayev!

Elxan Abdullayevin "xuliqan" adlandırdığı azarkeşlər arasında vaxtilə həmin Abdullayevi müdafiə edən, dəstəkləyənlər az deyil. Onlar hətta Adullayevi tənqid edən jurnalistlərə müharibə elan edib, onları qərəzli olmaqda günahlandırmışdılar. "Neftçi" reklam vermir deyə belə yazırlar" kimi iyrənc ittihamlar səsləndirənlər də var idi. Yəqin ki, o ittihamı səsləndirənlər indi az da olsa, xəcalət hissi keçirir. Bu cür adamı müdafiə etdikləri üçün.

Ona görə gəlin, heç vaxt heç kimin haqqına girməyək. 1-2 qələbəyə aldananlar çox oldu. Abdullayev də həmin azarkeşlərdən mətbuata qarşı özünə qalxan kimi istifadə elədi. Futbolu az-çox anlayan nisbətən stajlı "Neftçi" azarkeşləri gözəl başa düşürdü ki, 1-2 başaldadıcı qələbə heç nə demək deyil. Hər şey vaxtla, zamanla yerini tutdu. Mövsümün bitməsinə 1 ay qalsa da, "Neftçi"nin mövsümü titulsuz başa vuracağı rəsmləşdi.

80 illik yubileyin hədiyyəsi bu olmalı deyildi. Ona görə də arada jurnalistlərin tənqidini də qəbul etmək lazım idi. Vicdanlı jurnalistləri nəzərdə tuturam. Başa düşmək lazımdı ki, bu rəhbərliklə, bu idarəetmə ilə, bu məşqçi ilə heç vaxt uğur qazanmaq mümkün deyil. Lap 9 transfer eləmirsən, 19-nu elə. İş ki düzgün qurulmayıb. İşin başında ki peşəkar dayanmayıb, xeyri yoxdu.

Mətbuat konfransının videosuna baxdım, adam az qala AZAL-ı qabaqladığı üçün ona "qəhrəman" adı verilməsini tələb edir. Necə ki, AFFA Almanyaya vurulan 1 qolu az qala dünya çempionatına vəsiqə kimi camaata yeritmək istəyirdi. Eyni siyasətdi, dostlar!

"Forza "Neftçi"də çılğın uşaqlar var. Qeyri-etik ifadələr işlədirlər, bəzən söyüşlə, təhqirlə şərhlər də yazırlar. Amma... Bu uşaqlar "Neftçi" üçün canlarından keçməyə hazırdı. Bu uşaqlar ciblərinin son qəpiyini qoyub, öz hesablarına uzaq səfərlərə gediblər. Bu uşaqlar ən çətin vaxtda "Neftçi"nin yanında olublar, tribunanı ikinci evləri hesab ediblər.

Bu uşaqlara "xuliqan" demək olmaz, ay Elxan Abdulayev! Xuliqan odu ki, vurur, qırır, sındırır, dağıdır, yandırır, dava salır, ixtişaş yaradır. Sən xuliqan azarkeş görməmisən. Yəqin ki, bir neçə il bundan qabaq "Levski" azarkeşlərinin təqdimat mərasimində zala daxil olub yeni təyin olunan baş məşqçi İvaylo Petevi necə soyundurduqları yadına gəlir. Gərək sənin də əynindəki "Neftçi" formasını elə soyundurardılar, onda görərdin əsl xuliqan necə olurgörərdin əsl xuliqan necə olur. Onsuz, oyunlarınıza "Forza "Neftçi"dən başqa gələn yox idi, onları da belə küsdürdüz. Ayıb olsun!

Anar Xanlarov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!