SOS! "Bizə "xuliqan" deyən "Neftçi"dən xuliqan kimi qovulacaq"

7 Aprel 2017 11:36 Azarkeş 635
SOS! "Bizə "xuliqan" deyən "Neftçi"dən xuliqan kimi qovulacaq"

“Qarabağ” "Neftçi"ni Azərbaycan kubokunun yarımfinal mərhələsindən uzaqlaşdırdı. Qolsuz bərabərliklə. İlk oyunda 0:2 hesabı ilə məğlub olan və ümumi nəticəyə görə finaldan kənarda qalan “ağ-qaralar”ın həm də 5 illik seriyası başa çatdı. "Qarabağ" isə bu uğurla birlikdə ardıcıl 3-cü dəfə finalda oynamaq şansı əldə etdi.

“Neftçi”siz sonuncu final 2011-ci ildə olmuşdu ki, həmin il həlledici qarşılaşmada “Xəzər Lənkəran”la “İnter” üz-üzə gəlmişdi. Matçın əsas vaxtında qalib müəyyənləşməmiş (1:1), penalti zərbələrində isə daha dəqiq oynayan cənublular kubokun sahibi olmuşdu. Əlbəttə, komandanın düşdüyü duruma bakılı azarkeşin etiraz bildirməyə tam haqqı çatır. Elxan Abdullayevi istefaya çağırmaları normaldı. Bu tələbi növbəti dəfə səsləndirməsəydilər, "Neftçi"yə hörmətsizlik etmiş olardılar.

Gör-gör, kor-kor - Abdullayev tarixi klubu uçurumun dibinə yuvarlayıb. O. burda pul qazanır, əvəzində qazandırmır. Paytaxt təmsilçisinin növbəti uğurlu seriyasını qıran baş məşqçi etimad limitini tükədib. "Rədd olub getməlidi" - "Neftçi" fanatları artıq yumruğu bir yerə vurur. Abdullayev yalnız utanc hissini itirməyib. Həm də başını itirib.

Komandanın nəticələrinə cavabdeh şəxs hansı ağlılla azarkeşi "uşaq-muşaq" və "xuliqan" adlandıra bilər? Təbii, cavabını almalıdı və alacaq! Onun hərəkətlərinə və danışıqlarına göz yuman, səssiz qalan klub rəhbərliyi ilə bərabər! Hamısı bir bezin qırağıdı. "Neftçi"sevərlər sosial şəbəkə vasitəsilə artıq Abdullayevə və başbilənlərinə öz yerini göstərməyə başlayıb.

Bəhram Yunus: Nəsə eləmək lazımdı yoxsa klubu məhvə aparır şura dəstəsi. 80 illiyimizi biabırçılıqlarla doldurdu bu rəhbərlik.

Yaşar Mustafayev: Elxan Abdullayevə "çox sağ ol" deməlidi "Forza" azarkeşləri. O, onların gözünü açır. Bəlkə uşaqlar bir düşündülər. Küləkdə, yağışda köynəklərini çıxarıb azarkeşlik edən, "Neftçi"nin mahıilarını oxuyan uşaqları görürəm. Onlara sual vermək lazımdı: kimin üçün eləyirlər bu şeyləri? "Neftçi"dən "Xəzərə"ə keçən Rəşad Sadiqova görə? Basqa vaxt "Neftçi"nin gerbini öpən, amma "Neftçi"də bir az islər düz gətirməyən kimi "Qəbələ"yə qaçan Araz Abdullayeve, Ruslan Qurbanova görə? Klubda işlədiyi müddətdə axmaq transferlər edib ciblərini dolduran Vəli Qasımova görə? Ya da kı, bütün bu uğursuzluqlara baxmayaraq, heç nəyi vecinə almayan, kreslosundan bərk-bərk yapışan rəhbərliyə görə? Soyuqda, qarda. yağışda hamı bilməlidi ki, həm futbolçular, həm rəhbərlik ora pul qazanmaq üçün gəlib. Sabah bundan daha yaxşı variant əllərinə keçsə, heç fikirləşmədən dönüb gedəcəklər.Mən hər dəfə o soyuqda cavan uşaqların köynəyini çıxarıb mahnılar oxuduğunu görəndə pis oluram. Sabah onlar xəstələnsə, nə futbolçunun, nə də rəhbərliyin vecinə olacaq. Olan fanata olacaq. Çox uzağa getməyək, Araz o vaxt fanata əl qaldırdı. Rəhbərlik qorudu? Nəsə dedilər? Dedilər ki, özgə adamdı. Avropada klublar fanatların hesabına yaşayır, forma satışından pul qazanır. Fanat olmasa, klub da olmaz. Bizdə isə klub dövlət hesabına maliyyələşir. Kimin de "day-day"ı var, oturub başda. Onlarin heç vecinə də deyil ki, fanat stadiona gələcək, ya yox.

Kabusun Kabusun: O boyda söyüş söyüldü, vurdular "peysər"ə. İndən sonra da elə edəcəklər, xeyri yoxdu. Fanatlara təşəkkür etməkdənsə, xuliqan adlandırırlar. O fanatlar olmasa, sizlər olmaz. Sizə yalvarmaqdan ki gəlin kamandamıza dəstək olaq, dəstək olanı da belə edirlərsə, o rəhbərliyə day sözüm yoxdu! Futboldan, azarkeşdən anlayışı olmayan insandı. Nə deyəsən, gətiriblər baş məşqçi qoyublar.

Murad Musayev: C…r! Elə rəhbərliyin hamısı! Rədd olun "Neftçi"dən!

VS Qurbanlı: Elxanla klubdakılardan fərqimiz - biz komandamızı sevirik. Onlar da sevir - amma pulu. Fərqimiz budu.

Orxan Əliyev: Burda yazmaqdan nə? Gədək bazanın qabağına.

Samir Nəsirov: "Neftçi"mizi dəstəkləyən köhnə nəsildən 50-60 nəfər qalıb. Qalan azvrkeşlər cavan nəsildi. Belə davam etsə, "Neftçit"miz boş tribuna qarşısında oynayacaq.

Elçin Kly: Kənar şəxs deyən kənarda qaldı. İndi xuliqan deyən də xuliqan kimi qovulacaq. Narahat olmayın, buda əməcək o rüşeymi.

Zamin Hüseynli: Burdan Elxan Abdullayevə səslənirəm: sən, eləcə də səni müdafiə edən sərriştəsiz rəhbərlik gəldi-gedərdi, azarkeş ömür boyu ürəyində "Neftçi" sevgisi yaşadıb və yaşadacaq. Sizlər pul xatirinə ordasız, azarkeş cibindən pul verərək oyuna gəlir. Ona görə də sənə heç kim ixtiyar vermir ki, azarkeşə "xuliqan" deyəsən. İstefa!

Elnur Əhmədov: Öz sonumuzu deyə bilmərəm, çünki onu Allah bilir. "Neftçi"mizin sonu isə heç yaxşıi görünmür.

Orxan Ziya: Onlar ücün "simiçka" çırtlayanlar azarkeşdi, siz yox, qaqa!

Tarıverdi İslamzadə: Demək ki, nələrdəsə dəyişiklik edilməlidi.

İbrahim Amanov: Salam, ay xuliqan!

Arif Mirzaquliyev: Seqovovia ilə Barqası birləşdirsən, bir dənə düz-əməlli hücumçu çıxmaz heç. İndi-indi görsənir ki, ikisi də "perajki"di.

Rüstəm Quliyev: Ən gülməli odu ki, deyib, "Qarabağ"ı keçsəydim, yaxşı məşqçiydim, keçmədim, oldum pis. Yaxşı məşqçi kriteriyaları nədi, bunu desin, biz də ona görə qiymət verək. AFFA-da bilmirəm nəyə görə ona məşqçi deyirlər. Ağlı yəqin ora gedib. Nəticə bir yana, komanda oyun göstərsəydi, dərd yarıydı. Bəlkə də o sözü keçmək olardı. Amma bu gün irəlidə 3 ard-arda pas verməyən komandanın məşqçisi danışır.

Rüstəm Quliyev: Birinci oyunun hesabından xəbəri olmayan bu oyuna baxsaydı, elə bilərdi ki, 2 topu "Neftçi" vurub. Nə oyun kimi oyun oynayırsız, nə taktika var, nə ruh, nə başqa bir şey. Amma çıxıb fanata dil uzadırsan. Komanda 3 oyundu qol vura bilmir, umumiyətlə, biabırçılıqdı. .

Heydər Əzimov: Bir çox azarkeş rəhbərliklə görüşmək istəyir. Sözləri var. Müraciətləri necə edək? Hara yazaq? Rekvizitlərivizi verə bilərsiz?

Şahin Mehtiyev (“Qarabağ” azarkeşi): “Forza”nın əziyyətini itirən, onları azarkeş saymayanın yəqin ki, əqli cəhətdən problemi var.

Əli Məhərrəmov: Araza, Ruslana verilən çörək kimi, sənə də o çörək haram olsun. Böyükağa, hardasan? Bizi bu … əlindən qurtar.

Samir Hüseyn: Hörmətsiz Elxan.

Ramil Tarıverdiyev: Bizə qarşı çaşanı aşırdırıq.

Şahmar Ağayev: Biz varkən, yıxılmaz “Neftçi”!

Xaqan Məmməd: “... öz dilimizdə zorla danışır, üstəlik, bu uşaqların əziyyətini yerə vurur. ..., darıxma, ömrünə az qalıb....

Rasim Məlikov: “Sən də belə getdin, ay Elxan. Adam danışmaq istəyəndə sözü ağzında bişirər, sonra danışar. Sən isə konkret “quşladın”. Yaxşı yol!.

Həmid Əliyev: Xuliqan sən və sənin kimilərdi, Elxan. Gəlib cibinizi doldurub qaçırsız, amma azarkeş öz cibindən pul verir. Halal olsun, “Forza Neftçi”.

Tural Səttarov: Elxan, kimsən sən? Sənə məşqçi deyənin dili qurusun. “Forza Neftçi” olanda siz yox idiniz.

Zi Ko: Elxan Abdullayevə deyin ki, klubu ayaqda saxlayan azerkeşdi!!! Ağzından hər "quş"u buraxmasın!

Daşqın Rəhimov: O "quşbaz" Elxan məsqçilik nədi, bilmir. Prosineçkinin yanında firlanmaqla kişi, məsqçi olmur. "Qarabağ"ın ikinci heyətinə qalib gələ bilmədik.O Elxançikə çatdırın, bu klubun ən pis günlərində dağ kimi arxasında durub yıxılmağa qoymayan azarkeşlərdi. Gedib Prosineçkini gətirin, həm millini, həm "Neftçi"ni çalışdırsın.

Sübhan Əliyev: Eyy dünya… Biz kimik, ölkə bilir

Səfullayev Vusal: Nə vaxt postu təhvil verirsiz? Bunlar yeriyirlər! Oynamaq istəmirlər! Tərzinin üzü gülür! Bunlar qələbə istəmirlər?! Bunlar niyə canlarını qoymurlar oyuna? Komanda ruhu hanı?! İstək hanı?! Nə oldu bunlara?! Komandada nələr baş verir?! Oyundan qabaq motivasiya verilmir bunlara?

Fariz Ağayev: Kamal Quliyevi gətirsinlər, işini biləndi.100 %

Fərid Kamil: İstefa!

Elxan Xəlilov: Əgər o, bu uşaqları xuliqan adlandırırsa və azarkeş saymırsa, mən də bu uşaqlar və orta yaşlı, Sovet vaxtının “Neftçi”sini görmüş azarkeşlər adından bəyan edirəm ki, Elxan, sən də məşqçi deyilsən. Sən 14-15 yaşlı uşaqlardan qorxmaya bilərsən. Amma onu bilməlisən ki, bir az orta yaşlı insanların hər dəfə vaxtı olmayıb stadiona gəlməyə. İmkan tapmadıqda, bu xuliqanlar yol pulu düzəldib, stadionlara gəlir, səfərlərə komandasını dəstəkləməyə gedir, qışda, yayda, soyuqda, yağışda sizi tək buraxmırlar. Darıxma, sən də gedəcəksən. Sən və sənin kimilər “Neftçi” üçün bir heç kimdi! Vaxt gələcək, bu xuliqanların arasına çıxmağa utanacaqsan. Sənin kimi … çox gəlib-gedib bu kluba. Bu sözünlə sən “Neftçi”də öz dönəmini bitirdin. 14-15 yaşlı uşaqlar xuliqan deyil, vaxtilə “Neftçi”yə azarkeşlik etmiş valideynlərin uşaqlarıdı, milyonlarla azarkeşlərin stadionlarda olan kiçik bir təmsilçisidi. “Neftçi” azarkeşləri sən fikirləşdiyindən də böyükdü! Tezliklə yenidən öz köməkçi vəzifənə qayıdarsan, sənin yerin “Neftçi” kimi böyük camiə deyil. Hər kəs öz yerini tanımalıdı.

Zaur İlqarlı: Bir sürü qoyunun forma geyindiyi bədbəxt komanda... Fiasko!

Arima Za: Bu nədi? Niyə oynamırsız, ay oyunçular? İstək, həvəs yoxdu? Niyə can qoyub, içəri girmirsiz? Nə yaradıcılıq var, nə zərbə! Heç bir şey…

Nicat Həsənov: Nə qədər ki, Çingiz getməyib, "Neftçi" hələ çox əzab çəkəcək

Elvin Tənha: Elxan, bir az döz. Bu fanatlar ... qovan kimi qovacaqlar səni.

Orxan Novruzov: Hörmətsiz Elxan, rədd ol.

Atəş Dadaşov: İnanmağım gəlmir ki, rəhmətlik Ruslan Abdullayevin oğlu Elxan bu sözləri deyə. İndi başa düşdüm ki, azarkeşlərdən başqa “Neftçi”ni pulsuz-parasız sevən yoxdu. Hamı paraya görə sevir qocaman “Neftçi”ni. Sənə nə var ki, “Neftçi” olmasın, milli olsun, yəni o olmasın, bu olsun, təki pul olsun. İnsan öz sözünü tutmalıdı. İnanıram ki, sən də öz sözünü tutub, istefa verərsən. Axı sən dahi Ruslan Abdullayevin oğlusan. Hə, kişi oğlu, cəsarətini göstər, istefanı ver!.

Çingiz Həsənov: Ay verdiyi sözü yeyən, tüpürdüyünü yalayan - sözünü tut, yekə kişisən!

Ramin Şükürov: Elxan indidən özünə aid iş yeri axtarsın. "Neftçi" birinci oyunda söhbəti həll edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!