Bura sənin vətənindi, ay balam!

5 Aprel 2017 13:12 Azarkeş 634
Bura sənin vətənindi, ay balam!

Başa düşürəm, Almaniyaya qol vurmaq əladı, möhtəşəmdi. Amma hər şey bir kənara, son iki oyuna nə az, nə çox düz 8 (!) top buraxmışıq... Bunu deyən yoxdu?! Robert Prosineçki fasilədə yetirmələrinə tapşırıb ki, almanları buraxın, Mirzəbəyovu tutun! Keyfi var, "yyət"i yoxdu!

Oyun zamanı Cənubi Azərbaycandan olan uşağın anasına Azərbaycan bayrağını göstərib, "Bax Azərbaycan, Azərbaycan" deməsi, Dövlət himnimizin səsləndiyi anda "Şanlı Vətən! Şanlı Vətən!" qışqırması məni kövrəltdi.
- Bura sənin vətənindi, ay balam!

Bunu stadionda hadisəyə şahidlik etmiş gənc həmkarımız Əcəmi yazıb.

Çox təsir elədi mənə. Bir gün Azərbaycan millisində sadıqovlarla, ağayevlərlə çiyin-çiyinə əzizilər, bağırilər, təbrizilər oynayacaq, mirzəbəyovlar deyil! Buna bütün varlığımla inanıram.

Azərbaycan vətəndaşları arasında da Almaniyaya azarkeşlik edən az deyildi, təəssüf ki... Amma bayrağımıza, dilimizə biganə olmayan cənublu qardaşlarımız da çoxdu.

Gündüz Abbaszadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!