"NEFTÇİ": "Bax budu, bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik!”

4 Aprel 2017 14:00 Azarkeş 751
"NEFTÇİ": "Bax budu, bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik!”

“Neftçi” rəhbərliyi azarkeşlərlə iş üzrə əlaqələndirici Kənan Hənifəyevi vəzifədən uzaqlaşdırıb. Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun azarkeşlərinin "facebook" səhifəsində məlumat verilib. Onun vəzifəsindən azad edilməsinə Topaz Premyer Liqanın 24-cü turunun “Sumqayıt”a qarşı matçında bəzi azarkeşlərin klub rəhbərliyini və məşqçi heyətini istefaya səsləməsi səbəb göstərilir.

"Neftçi" "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub. Bununla da inların Premyer Liqada bu mövsümü medalsız başa vuracağı qətiləşib. “Bəli, artıq son iki məğlubiyyətin günahkar tapılıb və bundan sonra komandamız “qələbələri sıralayacaq”. Demə, ən böyük günahkar klubumuzun azarkeşlər üzrə kordinatoru Kənan Hənifəyev imiş. Bəli, dünən (srağagün – red.) məhz onun meydana buraxdığı 11-lik azarkeşlərimizi məyus etdi.

Məhz Kənan qapıya Baykoviçi deyil, Vaylonu qoymuşdu. Hətta bu da azdır. 2-ci hissədə Kənan meydana çıxmalı, Cavidin göyqurşağına göndərdiyi topu ordan endirib Fərhadın qapısından keçirməli idi. Bax budur bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik” – deyə “Neftçi” azarkeşlərinin "facebook" səhifəsindəki paylaşımda bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!