"Neftçi" nə gündədi, onu nə hala salıblar - ortadadı. Hər yağışda islanan rəhbər şəxslər baş məşqçini dəyişməyə meyl göstərmir. Belə bir istəkdə olmaları da hiss edilmir. Ayağa verilmək üçün başqaları var. Məsələn, azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyev.
Dünən onu vəzifədən aldılar. Nə var, nə var, fanatlar "Sumqayıt"la matçda uduzan komandanın rəsmiləri və baş məşqçisini istefaya səsləyib. Sportinfo.az xəbər verir ki, "Neftçi"nin "Forza "Neftçi" fanklubunun rəhbəri Sübhan Əliyev də məsələ ilə bağlı şəxsi "feysbuk" səhifəsində kluba sərt reaksiya göstərib:
"Kənan Hənifəyev klubda işdən çıxarılacaq son adam idi. Özünüz batırsız, amma o şərəfi ilə işləyirdi. Çünki ürəyində "Neftçi" sevgisi vardı. "Neftçi"nin dəlisi idi. Odun üstünə benzin tökdüz, bizdən demək. Kənan, üzülmə qardaş, hər şey yaxşı olar, səni qurban verdilər. Görək indi sənin kimisini tapacaqlar?".

