
Bir neçə azərbaycanlının Almaniyaya azarkeşlik etməsi bizim cəmiyyətdə birmənalı qarşılanmadı. Fikir ayrılığı böyükdü. Mən isə bu məsələyə bu cür baxıram:
Bu hadisə bizə xoş olmasa da, onlara xain də deyə bilərsiz, amma onlar Azərbaycan yığmasının azarkeşi olmağa borclu deyillər. Ümumiyyətlə, bizim klublara və ya yığmaya azarkeşlik etmək heç kəsin borcu deyil.
Yoxsa sizə saxta azarkeş lazımdı?
Gəlin, buna başqa cür baxaq. Biz istəyirik ki, ölkəmizdə azad seçim imkanı olsun, halbuki özümüz başqaları üçün bu seçim imkanını vermirik. Söhbət bizim o seçimə qarşı olan nifrət həddindən gedir. Hal-hazırda məsələ hətta pivələrin fərqləndirilməsinə çatıb.
Məsələn, mənə görə "Xırdalan" və ya "NZS" "Erdinger"dən heç vaxt yaxşı ola bilməz. Və ya əksinə, alman çayı (əgər beləsi mövcuddursa) heç vaxt bizimkindən yaxşı ola bilməz.
Amma kimsə gəlib mənə bunların əksini desə, deyəcəm ki, bu, sənin fikrindi, sənin dadındır. Mənə görə bu belə deyil. Durub daha onları xain adlandırmayacam ki...
Əgər biz azad cəmiyyətdə yaşamaq istəyiriksə, başqalarının fikrinə hörmət etməliyik. Ən azından, buna cəhd etməliyik. Hal-hazırda isə bu yoxdu.
Abbas Zahidi

