Premyer Liqanın bu dəqiqələrində davam edən "Sumqayıt" - "Neftçi" qarşılaşmasında maraqlı hadisələr baş verir. Sportinfo.az xəbər verir ki, 24-cü turun ilk oyununun 60-cı dəqiqəsindən sonra meydanda olan qonaq azarkeşlər rəhbərliyi və məşqçilər korpsunu istefaya səsləyiblər. "Sumqayıt"ın 2 dəqiqəyə 2 qol vurması fanatların səbr kasasını daşırıb. Hazırda davam edən görüşdə meydan sahiblərinin 2:0 hesablı üstünlüyü var.

