"Pulunu havaya sovuran təkcə mən və dostum deyildi" - "Neftçi"li

27 Mart 2017 15:48 Azarkeş 626
"Pulunu havaya sovuran təkcə mən və dostum deyildi" - "Neftçi"li

Çoxdan idi milli bu qədər azarkeşin önündə oynamırdı. Dünən stadion tam, ağzınadək dolmuşdu. "Tofiq Bəhramov"da iynə atsaydın, yerə düşməzdi. AFFA 30000 bileti vaxtından əvvəl satmışdı. Bununla belə, «qara bazar» yenə öz işindəydi. Hələ hansısa yollarla arenaya daxil olanları demirik.

Nəticədə əlində bileti olanların bir çoxu problemlə üzləşdi. Sportinfo.az xəbər verir ki, “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü, fəal futbol azarkeşi Bəhram Bağırzadə bununla bağlı sosial şəbəkədə status paylaşıb. O, bir azarkeşin ona yazdığını hamı ilə bölüşüb:


“Axşamınız xeyir. Bu gün Azərbaycan - Almaniya matçına bilet almışdım. Bir futbol azarkeşi olaraq uşaq kimi sevincək idim. Matça dostumla getmişdim. Oradakı bütün yoxlamalardan keçdik. Hətta biletlərin kodlarını da yoxlayıb bizi stadiona buraxdılar. Biz üçüncü sektorda idik və tıxacla birtəhər oyuna 10 dəqiqə qalmış oraya çatdıq.

3-cü sektora yanaşanda isə bizi içəri buraxmadılar və dedilər ki, artıq yer qalmayıb. Matçın başlamasından 15 dəqiqə keçəndən sonra bizi nəhayət ki, buraxmağa başladılar. Lakin biz dəhşətli basabasla yuxarı qalxdıqda növbəti sürprizlə qarşılaşdıq. Bizə dedilər ki, yer yoxdur və kənara çəkilməlisiz. Həmin vaxt isə artıq basabas daha da dəhşətli həddə çatmışdı. Hamı söyürdü, yanındakıları tapdalayırdı, özünü anlaşılmaz bir tərzdə aparırdı.

Bir sözlə, mənim bir sualım var: biletim ola-ola mənim yerimdə kim oturmuşdu və niyə mən həmin ayaq üstə qalan kütlənin içində olmalı idim? Məni düzgün başa düşün, təkcə özümə görə mütəəssir deyiləm. Həmin o kütlənin içində qalan balaca uşaqlara görə daha çox həyəcan keçirdim. Hansı ki, dəhşətli basabasa düşdüklərinə görə ağlayırdılar, böyüklərin söyüşlərini dinləmək məcburiyyətində qalmışdılar.

Belə görünürdü ki, pulunu havaya sovuran təkcə mən və dostum deyildi, belə aqibətlə üzləşən xeyli insan var idi. Biletləri əllərində ayaq üstə dayanmışdılar. Onların yerində isə kimlərsə oturmuşdu. Özü də bu, hər addımda biletlərin yoxlanıldığı bir arenada baş vermişdi. Bir sözlə, bu vəziyyətlə üzləşdiyimə görə qətiyyən özümdə deyiləm. Dostumla birgə təxminən 50 dəqiqə həmin ayaq üstə qalan kütlənin içində dayandıqdan sonra sadəcə, geri dönüb evə qayıtmalı olduq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!