Meydana girən azarkeşə 15 sutkalıq həbs və 2 illik qadağa

13 İyun 2019 16:00 Azarkeş 504
Meydana girən azarkeşə 15 sutkalıq həbs və 2 illik qadağa

AÇ-2020-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Rusiya – San Marino oyunu zamanı meydana daxil olan azarkeşin cəzası məlum olub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı azarkeşə 15 sutkalıq həbs cəzası verilib.

Rusiya – San Marino matçının ikinci hissəsində meydana daxil olan şəxs, idman yarışlarında azarkeşlərin davranış qaydalarını pozduğu üçün cəzalandırılıb.

Onun iki il müddətinə rəsmi idman yarışlarının keçirildiyi məkanlara girişi də qadağan olunub. Rusiya – San Marino matçı rusların 9:0 hesablı qələbəsiylə bitib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!