Gəncədə fanklub rəhbəri dünyasını dəyişib.
Sportinfo.az xəbər verir ki, "Xəmsə" fanklubunun rəhbəri 1958 ci il təvəllüdlü Adil Məmmədov səhər saatlarında dünyasını dəyişib.
A. Məmmədov uzun müddət xəstəlikdən əziyyət çəkib və bir neçə dəfə əməliyyat olunub.
Mərhum Gəncə futbol ictimaiyyətinin iştirakı ilə Gəncə şəhər mərkəzi stadionundan son mənzilə yola salınıb.
A.Məmmədov Səbiskar qəbiristanlığında dəfn edilib. O, 2008-ci ildən "Xəmsə" fanklubunun rəhbəri vəzifəsində çalışıb.

