Futbol üçün Bakıya gəldi, əşyalarını itirdi, polis tapdı

2 İyun 2019 19:00 Azarkeş 691
Futbol üçün Bakıya gəldi, əşyalarını itirdi, polis tapdı

Avropa Liqasının finalında "Arsenal" və "Çelsi"nin oyununu izləmək üçün Bakıya gələn irlandiyalı turist Horan Filipin itirdiyi şəxsi əşyaları tapılaraq ona qaytarılıb.

DİN-in mətbuat xidmətindən Sportinfo.az-averilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən İrlandiya Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Horan Filip naməlum vəziyyətdə əl çantasını unutduğunu bildirib və onun tapılması üçün kömək istəyib.

Dostları ilə dövlət qeydiyyat nişanını unutduğu taksi ilə hərəkət etdiyini bildirən qonaq müraciətində qeyd edib ki, gecə saatlarında Nəsimi rayonu, Xətai prospektində qaldığı otelə gələrkən içərisində “Nikon” fotoaparatı, “İphone” qol saatı və “İphone-X” model mobil telefonu olan əl çantasının üzərində olmadığını aşkar edib.

Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin birgə keçirdiyi müvafiq tədbirlərlə turistin getdiyi bütün ünvanlar araşdırılaraq, itən əşyaların taksidə qaldığı müəyyən olunub.

Taksi sürücüsündən həmin əşyalar təhvil alınaraq sahibinə qaytarılması təmin olunub.

Horan Filip hadisədən sonra 18-ci Polis Şöbəsində ona göstərilən diqqətə, polisin ona həyatı boyu unutmayacağı köməklik göstərdiyinə, operativ xidmətinə və fədakarlığına görə, minnətdarlıq edib.

Azərbaycanda təhlükəsziliyin yüksək səviyyədə qorunduğunu qeyd edən turist bildirib ki, bu, bir avropalıda Azərbaycan, Bakı haqqında yüksək təəssürat yaradır.

Əbu-Dabi universitetində informasiya texnologiyaları üzrə müəllim işləyən Horan Filip gəldiyi ilk gündən polisin turistlərə necə rəftar etdiklərini, Avropa Liqasının final oyununda təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, çoxsaylı azarkeşlər üçün ən yüksək nümunəvi xidməti ilə fərqlənən polisin davranışı, geyimi, ünsiyyət qabiliyyəti o qədər yüksək səviyyədə idi ki, bu barədə yalnız xoş sözlər danışmaq olar.

Horan Filip əlavə edib ki, Bakı haqqında həmişə gözəl sözlər eşidib və bir daha bunun şahidi olub.

O, bütün dostlarına və tanışlarına Bakıda gördükləri, yaşadıqları və polislərin ona göstərdikləri köməklik barədə danışacağanı bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!