Bakıda keçirilən Avropa Liqasının final oyununun qalibi olan “Çelsi” azarkeşləri qələbələrini böyük coşqu ilə qeyd ediblər.
Sportinfo.az“The Sun”a istinadən verdiyi xəbərə görə, fanlar 4:1 hesablı darmadağınla əldə etdikləri nəticənin sevincini paytaxt Bakı və London küçələrində mahnı sədaları altında rəqs etməklə, bir-birini qucaqlayıb təbrik etməklə bölüşüblər.








