Avropa Liqasının Bakıda keçiriləcək final oyunu Rusiyanın paytaxtı Moskvada təşkil olunan Finallar Festivalında nümayiş ediləcək.
Sportinfo.az xəbər verir ki, Music Media Dome” meydanına toplaşacaq azarkeşlər dünyan ən böyük proyeksiya ekranında “Çelsi” – “Arsenal” matçını izləyəcəklər.
Görüşü canlı olaraq Vladimir Stoqniyenko şərh edəcək.
İki gün sonra keçiriləcək Çempionlar Liqasının “Liverpul”la “Tottenhem” arasındakı final matçı da eyni məkanda yayımlanacaq.

