Bakı finalı Ermənistanda və dünyanın 204 ölkəsində göstəriləcək

29 May 2019 22:48 Azarkeş 461
Bakı finalı Ermənistanda və dünyanın 204 ölkəsində göstəriləcək

Avropa Liqasının finalını yayımlayacaq telekanalların sayı açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən bildirir ki, bu matçı 204 telekanal işıqlandıracaq.

Bunlardan 48-i Avropa, 156-sı qeyri-Avropa telekanallarıdır. Rusiyada Bakıdakı finalı “Matç TV” göstərəcək.

Ermənistanda isə “Shant TV” Bakıdakı finalı canlı yayımlayacaq.

Yeri gəlmişkən, Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq.

İndiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq.

Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoIP (Audio-over IP) sistemlər tətbiq olunacaq.

Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!