Sportinfo.az xəbər verir ki, paytaxt Bakı bu gün Avropa Liqasının final matçına - "Çelsi" -"Arsenal" qarşılaşmasına ev sahibliyi edəcək.
Bu beynəlxalq səviyyəli matçın dünyada 1 milyard insan tərəfindən izləniləcəyi proqnozlaşdırılır ki, bu da ölkəmizin dünyada tanıdılması baxımından müsbət haldı.
Böyük finalı izləmək üçün 30 min azarkeşin Bakıya gəldiyi bildirilir. Şəhərimizin qonağı olan minlərlə turist oyunun keçiriləcəyi stadiona getməzdən öncə, Bakı ilə tanış olmağa çalışırlar.
"Uşaqlıqdan "Arsenal" azarkeşiyəm. Ev oyunlarının çoxunda iştirak edirəm. İndi isə final matçında komandama dəstək olmağa gəlmişəm".
Bunu "report"a açıqlamasında Bakıda olan "Arsenal"ın 72 yaşlı azarkeşi Tim Barri deyib. Qocaman fanat sevimli komandasının avrokuboklardakı səfər qarşılaşmalarını da izləməyə çalışdığını bildirib:
"Bacardığım qədər oyunlarda iştirak edirəm. 2006-cı ildə "Stad de France"də "topçular"ın "Barselona" ilə keçirdiyi Çempionlar Liqasının finalına da canlı baxdığını xatırladıb:
"Həmin vaxt "Arsenal" uduzmuşdu. Ümid edirəm ki, bu dəfə sevinən tərəf biz olacağıq".
Barri Bakını gözlədiyindən daha yaxşı şəhər kimi dəyərləndirib: "Bura oğlumla birgə gəlmişəm, o da "Arsenal" azarkeşidir. London və Bakı arasındakı məsafə uzundur, səyahət yorucudu.
Üstəlik, bura Almaniyadan gəldik. Hələ şəhəri gəzməyə çox da imkanım olmayıb, amma gördüklərimə əsasən deyə bilərəm ki, şəhər gözlədiyimdən daha gözəl və müasirdir".
Şəhərin mərkəzi küçələrində yerli sakinlərdən çox, ingilis, rus, ərəb və digər millətlərdən olan azarkeşlər gözə dəyir.
Musavat.com olaraq, bu turistlər arasında sorğu keçirərək, onların final matçı, favorit komandaları və Bakı ilə bağlı təəssüratlarını öyrənməyə çalışdıq.
Həmçinin yerli sakinlərə də suallar ünvanlayaraq, onların da beynəlxalq səviyyəli yarışın keçirilməsinə münasibətini, həmçinin “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı düşüncələrini soruşduq.
“Erməni futbolçu və düşmən ölkədən olan azarkeşlər Bakıya gəlsəydi, münasibətiniz necə olardı” sualına cavablar müxtəlif oldu. Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
Nərgiz LİFTİYEVA,
Elçin ƏKBƏROV









