Sportinfo.az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindənverilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “Q.Qarayev” stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.
Bu gün Bakıda 22 marşrut xəttinin son dayanacağı və hərəkət istiqaməti dəyişdiriləcək. Marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdiriləcək.
Bu barədə Fanat.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.
Bundan əlavə 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.
Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

