BOS üçün X1 və X2 ekspres

29 May 2019 13:12 Azarkeş 495
BOS üçün X1 və X2 ekspres

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspress xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

X1 ekspress xətt avtobuslarından istifadə etmək istəyən tamaşaçılar isə Bakı Olimpiya Stadionuna metronun “Qara Qarayev” stansiyası yaxınlığından gedə biləcəklər.

Sportinfo.az xəbər verir ki, daşımalara saat 19:00-da başlanacaq və proses saat 23:00-dək davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!