Bakının 3 küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

28 May 2019 15:24 Azarkeş 452
Bakının 3 küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyunu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) açıqlama yayıb.

Açıqlamada xatırladılıb ki, Azərbaycan son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib:

"Qeyd olunan tədbirlər vətəndaşlarımızın və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yüksək səviyyədə təşkil olunaraq keçirilib.

Əvvəlki illərdə olduğu kimi, hesab edirik ki, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan Avropa Liqası turnirinin final oyunu da yüksək səviyyədə keçiriləcək.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi diqqətinizə çatdırır ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!