Messidən növbəti... "TOP-5” ölkələrində vurulmuş qollar 2-yə vurulur

28 May 2019 10:36 Azarkeş 437
Messidən növbəti... "TOP-5” ölkələrində vurulmuş qollar 2-yə vurulur

Lionel Messi Avropada ilin mövsümün ən yaxşı bombardiri olub.

Sportinfo.az xəbər verir ki, argentinalı ulduz 6-cı dəfə “qızıl buts”a yiyələnib.

Maraqlıdır ki, o, bu sahədə öz rekordunu yeniləyib. Messinin ən yaxın izləyicisi və əsas rəqibi Ronaldo isə 4 dəfə ən yaxşı olmağı bacarıb.

“Qızıl buts” yarışmasının qaydalarına görə, müxtəlif çempionatlarda vurulmuş qollar əmsallara əsasən hesablanır və ümumi xallar toplanır.

“TOP-5” ölkələrində vurulmuş qollar 2-yə vurulur. UEFA sıralamasına görə 6-21-ci yerlərdə qərarlaşan ölkələrin çempionatlarında vurulmuş qollar 1.5-ə, qalanları isə 1-ə vurulur.

“Qızıl buts” mükafatı 1968-ci ildən təqdim edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!