Sadiq azarkeş belə olar - 52 min bileti bir anda aldılar

22 May 2019 18:24 Azarkeş 605
Sadiq azarkeş belə olar - 52 min bileti bir anda aldılar

“Mançester Yunayted”in Çempionlar Liqasına vəsiqə əldə edə bilməməsi komandanın populyarlığına xələl gətirməyib.

Sportinfo.az xəbər verir ki, bunu növbəti mövsüm üçün bilet satışı sübut edib.

MY növbəti mövsüm üçün satışa 52 min illik abonement çıxarıb. Bütün biletlər çox qısa zamanda satılıb.

MY “Old Trafford”da yenidənqurma işləri aparmaq üçün 3,5 milyon avro vəsait ayırıb. 5 il müddətində arenadakı 75 min kreslonun hamısı dəyişdiriləcək.

MY çempionatı 6-cı pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!