Çindən Azərbaycana gələn turistlər «Neftçi»nin «Sumqayıt»la oyununu izləyib.
Bu barədə Sportinfo.az-a «Forza Neftçi»nin üzvü Orxan Əliyev məluma verib.
Fanklub nümayəndəsinin sözlərinə görə, Qyan.Çenq Zhu, Qyanhe Liu və Jinqjinq «Neftçi»nin azarkeşidi:
«Onlar bura Naftalandakı sanotoriyaya görə gəlmişdilər. Bakıda olarkən,»Neftçi»nin oyununa getmək istədiklərini bildiriblər.
Qaldıqları hostelin sahibi dostumdu, o, mənə bu barədə məlumat verdi. Mən də onları özümlə «Bakcell Arena»ya apardım.
Söhbət əsnasında öyrəndim ki, «Neftçi» ilə daha öncədən tanış imişlər. Ölkə çempionatından xəbərdardırlar.
Neçə vaxtdı «Neftçi» haqda toplayırmışlar. Azərbaycanda dəstəklədikləri tək komanda «Neftçi»di.
«Sumqayıt»a məğlubiyyəti özləri də gözləmirdi. Üçü də məyus olmuşdular.
Oyundan 2 saat keçmişdi, çinli qonaqlarımız hələ də məyus idi, dinib-danışmırdılar.
Onu da deyim ki, stadiondakı aura və «Forza»nın dəstəyi onların çox xoşuna gəlmişdi».

