Kluba 0:5 hesablı məğlubiyyət verildi - Azarkeşlərinə görə

1 May 2019 21:36 Azarkeş 533
Kluba 0:5 hesablı məğlubiyyət verildi - Azarkeşlərinə görə

Belçika Futbol Assosiasiyası "Anderlext"ə texniki məğlubiyyət verib.

Sportinfio.az xəbər verir ki, Brüssel təmsilçisi çempionatın pley-off mərhələsinin 4-cü turunda "Standard"la matçda azarkeşlərinə görə cəza ilə üzləşib.

Qarşılaşmada "Anderlext"in fanatları mütəmadi olaraq pirotexniki vasitələrdən istifadə edib və birinci hissədə meydana fişənglər atıb.

Nəticədə görüş 32-ci dəqiqədə "Standard" hesabda 2:0 öndə olarkən dayandırılıb və daha sonra oyun ləğv olunub.

Kollektivə 0:5 hesablı texniki məğlubiyyətlə yanaşı, növbəti ev matçını boş tribunalar önündə keçirmə cəzası da verilib.

Hazırda "Anderlext" Belçika çempionatında 27 xalla 5-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!