İranda azarkeşlər arasında dava: 1 ölü, 245 yaralı

28 Aprel 2019 12:41 Azarkeş 448
İranda azarkeşlər arasında dava: 1 ölü, 245 yaralı

İran çempionatının 27-ci turunun "Persepolis" - "Sepehan" oyununda iki komandanın azarkeşləri arasında dava baş verib.

Sportinfo.az xəbər verir ki, "Azadi" stadionundakı iğtişaşda 1 nəfər dünyasını dəyişib, 245 nəfər yaralanıb.

Tehranın Təcili Yardım Qurumunun şöbə rəisi Peyman Sabiriyan məlumatı təsdiq edib.

İran Futbol Federasiyasının Nizam-İntizam Komitəsinin sədri İsmayıl Həsənzadə baş vermiş hadisəyə görə müvafiq addımlar atılacağını deyib. Tehranda keçirilən oyun 0:0 yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!