FOTO: Almaniya komandasının heyətində azərbaycanlı çıxış edəcək

17 Mart 2017 00:24 Azarkeş 727
FOTO: Almaniya komandasının heyətində azərbaycanlı çıxış edəcək

Martın 26-da Bakıda yerli futbol fanatları ilə keçirəcəyi görüşdə Almaniya yığmasının azarkeşlərindən ibarət komandanın heyətində azərbaycanlı da yer alacaq. Sportinfo.az xəbər verir ki, bu, Bundestimin Azərbaycan fan-klubunun rəhbəri Tərlan Məmmədovdu.

"Bayıl Arena"da baş tutacaq görüş saat 15:00-da başlayacaq. Hər iki komandanın heyətində ümumilikdə 14 azarkeş forma geyinəcək. T.Məmmədov "report"a açıqlamasında qərarını belə əsaslandırıb: "Bu cür yoldaşlıq oyunları almaniyalı azarkeşlər üçün ənənə halını alıb. Almaniya hansı ölkənin yığması ilə üz-üzə gəlirlərsə, fanatlar da yoldaşlıq matçı təşkil edirlər.

Martın 26-da Bundestim 2018-ci il dünya çempionatının seçmə qrup oyunu çərçivəsində millimizlə qarşılaşdığı üçün həmin gün anoloji görüş baş tutacaq. Biz qrup şəklində Almaniya yığmasının əsas fan-klubunun üzvü olduğumuz üçün bu matçda qonaqların heyətində yer almağımla bağlı müraciət etdim və onlar da müsbət qarşıladılar. Almanların heyətində 14 nəfərdən biri mən olacağam. Azərbaycanlı fanatların komandasını isə AFFA-nın müvafiq departamenti formalaşdıracaq".

Almaniya millisi martın 26-da 2018-ci il dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq. Bu görüşü izləmək üçün Almaniyadan Azərbaycana 800-dək azarkeşin gələcəyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!