5 min oturacaq sildi - VİDEO

16 Mart 2017 08:48 Azarkeş 436
5 min oturacaq sildi - VİDEO

“Trabzonspor” maraqlı addımla diqqət mərkəzinə düşüb. Sportinfo.az xəbər verir ki, klub yeni tikilmiş stadionunda oturacağın üzərinə ayaqqabıyla çıxmış azarkeşi maraqlı üslulla cəzalandırıb. Belə ki, klub ayaqqabı ilə oturacağın üzərinə çıxmış və bunu sosial şəbəkədə paylaşmış azarkeşinə oturacaq silmə cəzası verib.

Azarkeş klubun ona verdiyi cəzanı qəbul edib və bir gündə 5 min oturacağı silib. “Trabzonspor”un rəsmi səhifəsində azarkeşin üzü gizlədilərək oturacaqları silməsinin videosu yerləşdirilib. Klubun rəsmi “tvitter” hesabında zarafatla “Yeni yuvamız” deyərkən zarafat etmirdik. İnsan heç evindəki oturacaqları ayaqqabıyla çirkləndirər? Dərhal cəzasını alar!” yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!