Millimizin rəqiblərinin azarkeşləri arasında insident - VİDEO

22 Mart 2019 20:12 Azarkeş 470
Millimizin rəqiblərinin azarkeşləri arasında insident - VİDEO

AVRO-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Slovakiya və Macarıstan yığmalarının azarkeşləri arasında insident baş verib.

Sportinfo.az xəbər verir ki, Trnava şəhərində keçiriləcək oyundan əvvəl macar azarkeşlər Anton Malatinski adına stadionun yaxınlığında yerləşən restorana tez alışan maddələr atıb.

Orda 10-15 nəfər slovakiyalı azarkeş olub. Qarşı tərəf də buna reaksiya verib. Lakin polis hadisənin daha ciddi vüsət almasına imkan verməyib.

Trnava polisinin mətbuat katibi Maria Linkeşova bildirib ki, insident nəticəsində zərər çəkən olmayıb.

Ancaq həbs olunan slovakiyalı azarkeşlər olub ki, onlar sonradan komandalarının 2:0 qalib gəldiyi matçı izləyə bilməyib.

.

Macarıstan və Slovakiya azarkeşləri arasında intriqa 1939-cu ilin martında hər iki ölkə arasında baş vermiş doqquz günlük müharibədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!