Fanatlar derbini yarımçıq dayandırdılar

19 Mart 2019 17:36 Azarkeş 446
Fanatlar derbini yarımçıq dayandırdılar

Yunanıstan çempionatında “Panatinaikos”la “Olimpiakos” arasında keçirilən qarşılaşma yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, fanatlar ixtişaş törətdikləri üçün derbini sona çatdırmaq mümkün olmayıb.

Artıq qarşılaşmanın 5-ci dəqiqəsində “Panatinaikos” fanatları rəqibin ehtiyat oyunçularına hücum ediblər.

Buna görə qarşılaşma 8 dəqiqə dayandırılıb. İkinci hissənin əvvəlində “Olimpiakos” hesabı açıb. Bundan sonra “yaşıllar”ın fanatları polislərə hücum ediblər.

Vəziyyəti sabitləşdirməyin mümkün olmadığını görən alman hakim Marko Frits 70-ci dəqiqədə oyunu dayandırmağa məcbur olub.

Polis 8 nəfəri həbs edib. Böyük ehtimalla, oyun davam etdirilməyəcək və “Panatinaikos”a texniki məğlubiyyət veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!