“Real” azarkeşləri komandanın bu mövsümdəki çıxışından narazıdır.
Sportinfo.az xəbər verir ki, fanatlar İspaniya La Liqasının son turunda “Selta” ilə görüşdə etiraz olaraq klub prezidenti Florentino Peresi istefaya səsləyib.
Onlar “Florentino, çıx get” və “Günahkar Florentinodur” yazılı pankart açıblar.
Mühafizəçilər ilk hissədə sözügedən pankartı açan azakeşləri stadiondan kənarlaşdırıb.
Çempionlar Liqası ilə vidalaşan “Real” La Liqada 28 turdan sonra 54 xalla 3-cüdü.

