«Birlik olmaq zamanıdı» - «Neftçi» yeni devizlə yoluna davam edir.
Məqsəd uzun fasilədən sonra çempionluq titulunu qazanmaqdı.
21 tura 45 xal toplayan «ağ-qaralar» hazırda turnir cədvəlinin lideridi. Düzdü, «Qarabağ»ın da eyni miqdarda xalı var, ancaq şəxsi oyunlarda üstünlük «Neftçi»dədi.
Bakılılar bu yolda yalnız futbolçularına arxalanmır. Azarkeş dəstəyi də onları razı salır.
«Neftçi» tərəfdarı Elşən Məmmədov klubun rəsmi «feysbuk» səhifəsinə yazdığı şərhdə Roberto Bordinə öz məsləhətini verib:
«Məşqçiyə italyanca başa salın, hesabın 1:0 olması 2:0, yaxud 3:0 olması demək deyil, hücumçu çıxarıb, 5 müdafiəli qorxaq futbola keçəsən.
Nəticəsi özünü çox tez biruzə verdi – 1:1. Görürsən ki, bu, səndə alınmır. «Neftçi»yə uyğun deyil qorxaq futbol.
Hücum futbolu bizdə alınır. Di gəl ki, hesabı qorumağa planlanmış dəyişikliklər komandanı çökdürür. Elə səfərdə «Uypeşt» qarşısında 5-li müdafiə ilə biabır olmuşduq.
Belə vəziyyətdə uzaqbaşı hüçumçu çıxarıb, mərkəzə yarımmüdafiəçi salarlar ki, komanda top saxlasın.
Xahiş edirəm, Bordinə çatdırın: bu il çempion olmalıyıq. Komanda qəşəng oynayır, taktiki gedişin zibillərindən dolayı, çempionluqdan olmayaq!!!».
SPORTİNFO.AZ

