Azarkeşi bıçaqladılar

8 Mart 2019 21:00 Azarkeş 474
Azarkeşi bıçaqladılar

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Yunayted” və PSJ arasında keçirilmiş cavab oyunundan sonra bir azarkeşin bıçaqlandığı barədə xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın 3:1 hesabıyla qalib gəldiyi (ilk oyun 0:2) matçdan sonra ingilis fanatlardan biri silahlı hücuma məruz qalıb.

MY-nin 4 nəfərdən ibarət azarkeş qrupu arenadan ayrılandan sonra mahnılar oxuyaraq şəhərin mərkəzinə tərəf irəliləyərkən bir taksi sürücüsünün sərt reaksiyası ilə üzləşiblər.

O, avtomobilindən bıçaq çıxararaq qonaq azarkeşlərə hücum çəkib. Dava zamanı həmin azarkeşlərdən biri sinəsindən bıçaq yarası alıb.

Dərhal xəstəxanaya çatdırılan 44 yaşlı MY azarkeşi əməliyyat olunub. Hazırda onun səhhətinin yaxşı olduğu və gələn həftə evə buraxılacağı bildirilir. Fransa polisi cinayəti törətməkdə şübhəli bilinən şəxsi həbs edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!