Azarkeşləri arıqlatmaq üçün kurs təşkil edəcəklər

27 Fevral 2019 17:36 Azarkeş 407
Azarkeşləri arıqlatmaq üçün kurs təşkil edəcəklər

Dortmund “Borussiya”sı azarkeşləri üçün xüsusi kurs təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, xüsusi kurslarda komandanın artıq çəkisi olan fanatları iştirak edəcəklər.

Bu kurs azarkeşlərə artıq çəkidən qurtulmaq üçün məsləhətlər veriləcək. Kursda təlimlər 12 həftə davam edəcək.

Nəzəri və praktiki hissələrdən ibarət olacaq hər bir təlimlər 90 dəqiqə olacaq. Təlimləri isə “Borussiya”nın akademiyasının məşqçiləri aparacaqlar.

Təlimlərdə 35-65 yaş arası fanatlar iştirak edə bilərlər. Onu da qeyd edək ki, klub belə kursları əvvəllər də təşkil edib. Həmin kurslardan sonra iştirakçıların hər biri orta hesabla 7 kilo arıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!