“Neftçi” üçün bir uşaq…

25 Fevral 2019 18:48 Azarkeş 778
“Neftçi” üçün bir uşaq…

Ötən gün Premyer Liqada 18-ci tura yekun vuruldu.

Son oyun gününün ilk duelində lider “Neftçi” “Səbail”i qəbul etdi.

Paytaxt təmsilçilərinin duelində “ağ-qaralar”a qələbə daha çox vacib idi. Belə olan halda, “Neftçi” əsas izləyicisi “Qarabağ”ın büdrəməsindən istifadə edərək xal fərqini yenidən artıracaqdı.

“Səbail” isə liderlər qrupundakı mövqeyini qorumaq üçün meydanı ən azı 1 xalla tərk etmək istəyindəydi.

Amma daha inamlı çıxış edən qonaqlar bu görüşdə gözlənilməz qələbəyə imza ataraq, "Neftçi"ni büdrətməyi bacardı.

«Bakcell Arena»da keçirilən qarşılaşmanı 752 nəfər izlədi. Hər halda oyunun AFFA nümayəndəsi İlham Əliyev protokola məhz bu qədər tamaşaçı sayı qeyd edib.

Gələnlərin əksəriyyəti isə ağ-qara rənglərə könül verənlərdi. Ümumi götürsək, tribunalar boş görünsə də, maraqlı görüntülər azlıq təşkil etmədi (Sportinfo.az)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!