"Dinamo" və "Ayntraxt" azarkeşləri arasında insident

14 Fevral 2019 15:12 Azarkeş 418
"Dinamo" və "Ayntraxt" azarkeşləri arasında insident

"Dinamo" və "Ayntraxt" azarkeşləri arasında dava baş verib.

Sportinfo.az xəbər verir ki, Kiyevdəki Kreşatik küçəsində baş vermiş iğtişaşda təxminən 42 ukraynalı və 80 almaniyalı fanat iştirak edib.

Münaqişədə "Dinamo"nun "Capitals", FBF və "North Company" azarkeş qrupları, Almaniya təmsilçisinin isə "Brigade Nassau and Kо" azarkeş qrupları iştirak edib.

"Ayntraxt" və "Dinamo" Avropa Liqasının 1/16 final mərhələsində bir-birilərinə rəqib deyil.

Kiyevlilər bu gün Yunanıstanda "Olimpiakos"un qonağı olacaqlar. "Ayntraxt" isə səfərdə Donetsk "Şaxtyor"u ilə üz-üzə gələcək. Həmin qarşılaşma Xarkovda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!