"Bəlkə onda anlayarsız ki, kim kimə oyun alıb-verir"

9 Mart 2017 16:36 Azarkeş 557
"Bəlkə onda anlayarsız ki, kim kimə oyun alıb-verir"

"Neçə gündü müşahidə edirəm ki, bəzi "Qarabağ" azarkeşləri "İnter"in "Qəbələ"yə bilərəkdən uduzduğunu iddia edir və nə gəldi deyirlər" - Sportinfo.az xəbər verir ki, bu sözlər "İnter" fanklubunun rəhbəri Elçin Həsənova məxsusdu.

O, doğma komandasının Premyer Liqanın son turunda liderə öz meydanında 0:2 hesabıyla uduzmasının səbəblərini açıqlayıb: "Özümə söz vermişdim ki, bu barədə heç nə yazmayacam. Amma görürəm ki, yazmasam, bu söhbət dərinləşir. Sözüm burdan həmin azarkeşlərədi.

Birincisi, "İnter" bu günə qədər heç kimə xal verməyib. "Qəbələ"nin legionerləri bugünkü gündə Azərbaycanda ən güclüdü. Bu oyunda qonaq komandanın göstərdiyi futbol keyfiyyətinə görə "İnter"dən üstün idi. Əgər oyun verib-verməməkdən danışırsızsa, "Rəvan" - "Qarabağ" oyununu yadınıza salın. Bəlkə onda anlayarsız ki, kim kimə oyun alıb-verir.

Bu üzdən Xəzər Lənkaran" diviziona düşdü və müəyyən səbəblərə görə dağıldı. Bundan əlavə, əgər "Qarabağ" "Zirə"nin ona peşkeş elədiyi 9 xalla hələ də ikinci pillədədisə, oturun komandanızın durumunu fikirləşin. Əsla mənə dəlil gətirmək lazım deyil ki, "Zirə"nin "Qarabağ"a heç bir aidiyyatı yoxdu. Bura Azərbaycandı və hamı hər şeyi gözəl bilir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!