"Qəbələ"nin alış-veriş bazarı: "Onu bu məqsədlə sifariş vermişik"

7 Mart 2017 11:36 Azarkeş 601
"Qəbələ"nin alış-veriş bazarı: "Onu bu məqsədlə sifariş vermişik"

"Bu şirkətlə 3 illik müqavilə bağlamışıq və səfərim sırf mövcud əməkdaşlıq çərçivəsində baş tutub" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov deyib. Klub rəsmisi həftəsonu İspaniyada olub və yeni mövsüm üçün geyimlərin seçimini edib.

3 illik müqavilələrinin davam etdiyi geyim firması “Joma” ilə növbəti görüşdə yeni mövsümün geyimlərinin dizaynı və keyfiyyəti dəqiqləşdirilib. Qış və yay geyimləri, eləcə də məşq formaları sifariş verilib. Oyun formaları yeni mövsümün əvvəlində eyni qalacaq, sentyabrın əvvəlində isə onların dəyişilməsi planlaşdırılır. Hazırda yeni dizayn üzərində işlər gedir. Yeni geyimlər klubun həm Qəbələdəki, həm də Bakıdakı fanşoplarında satışda olacaq:

"Gələn mövsümə indidən hazırlaşırıq. Komandalarımız sentyabradək hazırkı dizaynda olan, lakin yeni formalardan istifadə edəcək. Həmin vaxtadək öz təkliflərimizi konkretləşdirib, İspaniya şirkətinə göndərəcəyik. Bakıda 2 fanşopumuz fəaliyyət göstərir. Həmçinin Qəbələdə bir satış mağazamız və fanşopumuz var. Klub olaraq 6-7 ildi ki, bu sahəylə ciddi məşğuluq. Fanşopların açılması isə son 3 ilə təsadüf edir.

Ardıcıl 2 il Avropa Liqasının qrup mərhəoəsinə vəsiqə qazanması "Qəbələ"yə ümumi marağı artırıb. Tələbat yüksəkdi. Klubumuzun geyim dəstlərini, forma və atributlarını almaq istəyənlərin sayı durmadan çoxalır. "Joma"nın yeni hazırlayacağı formaların 10 faizini bu məqsədlə sifariş vermişik. Özümüzdə qalan hissəni də satışa çıxaracağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!