JEST - Almaniya yığmasının azarkeşləri Bakıda futbol oynayacaq

4 Mart 2017 15:43 Azarkeş 597
JEST - Almaniya yığmasının azarkeşləri Bakıda futbol oynayacaq

Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçını izləməyə gələcək Almaniya yığmasının azarkeşləri də futbol oynayacaq. Sportinfo.az-ın Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü Bundestimin fan-klubu təşkil edəcək.

Onlar martın 26-da gündüz saatlarında "Bayıl Arena"da bir-biriləri ilə üz-üzə gələcəklər. Fan-klub oyunda iştirak etmək istəyənlərdən xüsusi anketi doldurmalarını xahiş edib. Azərbaycan - Almaniya matçı isə həmin gün saat 20:00-da başlanacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Almaniyadan Bakıya 800-dək azarkeş gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?