Bundan sonra “Mançester Yunayted”in ev oyunlarında azarkeşlərə şərab satılacaq. Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı xəbər yayıb. Britaniyalı həmkarlarımızın dediyinə görə, artıq İPL-in 27-ci turunun “Bornmut”la ev oyununda “qırmızı şeytanlar”ın fanatları qırmızı şərabın dadına baxa biiləcəklər.
187 qramlıq şüşələrdə satılacaq şərabın qiyməti isə 4.8 funt olacaq. Bildirilib ki, bu, azarkeşlərin çoxdankı arzusu imiş. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusson qırmızı şəra üzrə mütəxəssis kimi tanınır.

