Türkiyənin 2-ci liqasında baş tutan “İstanbulspor” - “Ərzurumspor” oyununu izləmək istəyən qonaq azarkeşlər həyatlarını təhlükəyə atmaqdan çəkinməyiblər. Sportinfo.az xəbər verir ki, oyunu izləmək üçün İstanbula gələn ərzurumlu fanatlar qonaq azarkeşlər üçün ayrılmış yerlər dolduğundan, digər tribunalara bilet almağa cəhd ediblər.
Ancaq stadionun mühafizə xidməti təhlükəsizlik səbəbindən qonaq azarkeşləri digər tribunalara buraxmayıblar. Amma bu da ərzurumlu fanatlara mane olmayıb. Qonaq azarkeşlər doğma komandalarının oyununu izləmək üçün həyatlarını təhlükəyə ataraq, yaxınlıqdakı tikilməkdə olan binaya çıxaraq matçı izləyiblər.

