Bizimkilər "Mançester Yunayted" - "Uotford" matçında - FOTOLAR

27 Fevral 2017 19:22 Azarkeş 692
Bizimkilər "Mançester Yunayted" - "Uotford" matçında - FOTOLAR

Bakcell şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri- Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov 10-13 fevral 2017-ci il tarixləri arasında Mançesterə səfər ediblər.

Sportinfo.az xəbər verir ki, Səfər zamanı klub rəsmiləri tərəfindən qonaqlar üçün "Mançester Yunayted" - "Uotford" oyununu izləmək, "Old Trafford" stadionuna turda iştirak etmək və klubun muzeyini ziyarət edərək onun tarixi ilə tanış olmaq imkanı yaradılıb. Qaliblər səfərlə bağlı fikirlərini belə ifadə ediblər:

İsmayıl İsmayılzadə: “Səfərim çox fərqli və maraqlı keçdi. Yeni bir təcrübə oldu mənim üçün. Səfər ərzində yeni yerlər, yeni insanlarla tanış oldum və maraqlı xatirələrlə geri qayıtdım. Old Trafford stadionu isə həqiqətən möhtəşəmdir. Onun xəyallar teatrı olmasının canlı şahidi oldum və bu hissləri bir daha yaşamaq istərdim. Bu fürsəti mənim üçün yaratdığına görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm”.

Nicat Qapançızadə:“Mançesterə səfər zamanı yaşadığım unudulmaz hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Həqiqətən çox maraqlı və fərqli keçdi. “Bakcell”ə xüsusi təşəkkürümü bildirirəm”.

Anar Məmmədov: “Yadda qalan və əsrarəngiz bir səyahət oldu. Çox maraqlı keçdi. Bu səfərin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm. Çox sağ ol, Bakcell!”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!