Almaniyadan Azərbaycanla oyun üçün 800 bilet sifariş edildi

27 Fevral 2017 11:36 Azarkeş 540
Almaniyadan Azərbaycanla oyun üçün 800 bilet sifariş edildi

Almaniya millisinin fan-klubu Azərbaycanla dünya çempionatının seçmə qrup matçı üçün 800 bilet sifariş edib. Sportinfo.az xəbər verir ki, bununla bağlı Almaniya Futbol İttifaqına (DFB) müraciət edilib. Onların bilet xərclərini məşhur şirkətlərdən biri öz üzərinə götürüb.

Bu jest 29 mart 2003-cü ildə təsis edilən fan-klubun ad gününə kiçik hədiyyə məqsədilə edilib. Azarkeş qrupunun 10 illiyi münasibətilə də belə addım atılmışdı. 2013-cü ilin martında azarkeşlər Almaniyanın Astanada Qazaxıstanla oyununa havayı səfər etmişdilər.

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!