"Bu addımı atmağımın səbəbi atamın vəfat etməsi oldu"

22 Fevral 2017 10:24 Azarkeş 518
"Bu addımı atmağımın səbəbi atamın vəfat etməsi oldu"

İngiltərəli futbol azarkeşi “Ginnesin rekordlar kitabı”na düşüb. Sportinfo.az xəbər verir ki, Ed Vud adlı fanat buna ən çox stadionda oyun izləməklə nail olub. Belə ki, “Derbi Kaunti”nin azarkeşi olan Vud 189 gün ərzində İngiltərənin 93 fərqli stadionunda oyuna tamaşa edib.

İngiltərə çempionatlarında istifadə olunan bütün arenaları 189 günə qət edən azarkeş 237 gündə bunu bacarmış Bervik Rencersin rekordunu yeniləyib. “Ginnesin rekordlar kitabı”na düşən Vud bunu cansıxıcı həyat sürməmək üçün etdiyini bildirib:

“Bu addımı atmağımın əsas səbəblərindən biri 2014-cü ildə atamın vəfat etməsi oldu. Sadəcə işləmək, pensiyaya çıxmaq və ölmək istəmirdim. Günümün çoxunu çalışmağa həsr edirdim, az yuxu yatırdım. Bu tilsimi qırmaq istədim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!