"Mən heç kimə sböz verməmişəm ki, "Kəpəz"ə stadion tikəcəm"

21 Fevral 2017 15:48 Azarkeş 824
"Mən heç kimə sböz verməmişəm ki, "Kəpəz"ə stadion tikəcəm"

"Xəmsə" fanklubu "Kəpəz"i boykot edib. "Zirə" ilə qarşılaşmadan etibarən. Klub rəhbərliyinin Gəncədə azarkeşlərlə keçirdiyi son toplantıya da qatılmadılar. "Neftçi" ilə qarşılaşmada isə stadiona etirazlarını bildirmək üçün təşrif buyurdular. Bu etirazın forması bir qədər fərqli idi. Gəncə stadionu və "Kəpəz"in Gəncəyə köçürülməsi ilə bağlı Müşahidə Şurasına mesajlarını bu cür çatdırdılar:

Çox döyürdün, döşünə sən
Stadionu tikəcəksən
Bəs nə oldu
Qaldı, Mikayıl?
Çox lovğalandın,
Bizi aldatdın,
Bəs nə oldu Gəncəyə sən
Köçmədin qaldın, hey,
Köçmədin qaldın!

"Xəmsə"nin "Ögəy Ana" filmindən bir parça" adını qoyduğu etiraz aksiyası ilə bağlı səlahiyyətlilər, daha doğrusu, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu nə düşünür? Axı fanklub üzvləri birbaşa onu ünvan göstərib. Mikayıl bəy Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Mən 2015-ci ilin yayından etibarən "Kəpəz"də çalışıram və hələ indiyədək heç kimə stadion tikəcəyimizlə bağlı vəd verməmişəm. Bu söz mənim ağzımdan çıxmayıb. Vəziyyəti, reallığı bilirmiz. Mümkünsüz işdi. Yeni stadion tikmək imkanlarımız xaricindədi. "Kəpəz"in Premyer Liqada iştirakıyla bağlı qərar veriləndən sonra Gəncədə futbol adamlarının, veteranların iştirakıyla böyük toplantı keçirdik.

Keçmişi "Kəpəz"lə bağlı insanların bir çoxu uzun illərdən sonra ilk dəfə stadiona gəldi. Onlarla stadionu gəzdik, vəziyyəti öz gözləriylə gördülər. Həmin görüşdən 2 il keçməyib, bununla belə, stadionda xeyli iş görülüb. Mən Gəncə futbolsevərlərinə stadionunda yenidənqurma işlərinin aparılacağını demişəm, dediyim də mərhələ-mərhələ həyata keçir. Ərazi zibillik içində idi, təmizləndi.

Tribunalar tamamilə çürümüş taxta oturacaqlardan ibarət idi, plastik oturacaqların quraşdırılmasına başlandı və bu, indi də davam etdirilir. Stadionun ətrafı nə gündəydi, ona da əncam çəkildi. O meydançada əvvəllər gəzmək belə təhlükəli idi, indi çtçək kimidi. Qazonun dəyişdirilməsi böyük pul aparan işdi. Ancaq bununla bağlı müəyyən tədbirlər planı hazırlamışıq, AFFA və Gəncə İcra Hakimiyyəti ilə bərabər onu da həll edəcəyik.

Baza və stadionda bəzi başqa işlər də görəcəyik. Sözdə nəyisə demək asandı, mən təkrar etməkdən yorulmuşam ki, "Kəpəz"in Gəncədə qalmasını və hazırlıq keçməsini özümüz də çox istəyirik. "Kəpəz" Premyer Liqada ikinci mövsümünü keçirir, hələ klubun bir aşağı yaş qrupu Gəncədə ev oyununa çıxmayıb. Rəqibləri qonşu rayonlarda qəbul edirlər. Hamı bizi başa düşməyə çalışmalıdı ki, Gəncə bir neçə il futbolsuz qalıb və bu müddətdə xeyli problem yığılıb qalıb. Bunları aradan qaldırmağa zaman lazımdı.

Biz "Kəpəz"i hazır vəziyyətdə götürməmişik, hər şeyə sıfırdan başlamışıq. "Xəmsə"nin etirazı məlum məsələdi ki, nəyə görədi. "Neftçi" ilə oyundan sonra mənə dedilər ki, stadionda "Bakı derbisinə xoş gəlmisiz" plakatı açılıb. "Neftçi", "Zirə", "İnter"lə səfər oyunlarımızı Bakıda keçirməliyik də,.. "Kəpəz"in Bakıya köçdüyünü iddia edənlər mənə bir fakt göstərsinlər ki, bir ev oyununu Gəncədən kənarda keçirmişik.

Sadəcə, "Qəbələ" və "Zirə"ylə oyunların yeri dəyişdirilib. Çempionatın qurtarmasına 9 tur qalıb, bunun da 7 oyununu Gəncədə qəbul edəcəyik. Meydançamız indi yaxşı vəziyyətdədi, o oyunları qəbul etməyə hazırdı. Mənim də ürəyimdən "Kəpəz"i turnir cədvəlinin yuxarısında görmək keçir. Ancaq reallıq var axı… Komandanın uğursuzluq zolağına düşməsinin bir işi yaxşı oldu ki, çatışmazlıqları bildik, kimin kimin olduğunu gördük".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!