“Bu da bizdən “Qəbələ“yə xatirə“ - FOTO

20 Fevral 2017 14:12 Azarkeş 667
“Bu da bizdən “Qəbələ“yə xatirə“ - FOTO

“Qəbələ” evdəki məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırdıb. Cari mövsümdə öz meydanında xalsız qalmayan Roman Qriqorçukun komandası çempionatın lideri “Qarabağ”ı 2 cavabsız qolla yenərək, zirvəni ələ keçirdi. Bu, əyalət klubunun cari mövsüm evdə keçirdiyi 12-ci oyunda 10-cu qələbəsi idi. Digər iki qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Öz meydanındakı yenilməzliyə ötən mövsüm başlayan “Qəbələ” həmin çempionatın son 4 ev matçında 2 qələbə qazanıb, 2 heç-heçə edib. Son məğlubiyyət isə “Qarabağ”la görüşə təsadüf edib. 2016-cı il martın 19-da Ağdam təmsilçisinə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” 11 ay ərzində evdə keçirdiyi 16 qarşılaşmada 12 qələbə qazanıb və 4 dəfə sülhə razılaşıb.

Bu seriya “Qəbələ” tarixinin evdəki ən uzun məğlubiyyətsizliyidi. Sportinfo.az-ın məlumatına görə, dünən qeydə alınan nəticə ağdamlı azarkeşləri hiddətləndirib və onlar bunun acığını Qəbələ stadionunun oturacaqlarını sındıraraq, sosial şəbəkələrdə paylaşmaqla çıxıblar. “Bu da bizdən onlara xatirə“ başlığı ilə verilən paylaşımda bildirilib ki, “Qəbələ“ tərəfdarları bununla Suraxanıda keçirilən öncəki matçda etdiyi hərəkətin cavabını alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!