Premyer Liqanın 19-cu turunda "Qəbələ" doğma meydanda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib. Sportinfo.az xəbər verir ki, matçdan sonra "Qəbələ" azarkeşləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı hörmətsizlik edib. Belə ki, "CBC Sport"a müsahibə verməyə hazırlaşan mütəxəssisə qar atıblar.
Müsahibəni bitirdikdən sonra meydanı tərk edən Q.Qurbanova qarşı azarkeşlər tərəfindən təhqiredici ifadələr işlədiblər. O isə bunların heç birinə əhəmiyyət verməyib və birbaşa paltardəyişmə otağına yollanıb. Qurbanov kanala açıqlamasında "1-2 adam nəsə edəndə başqaları da ona qoşulur" söyləyərək, olayın üstündən sakit keçib.

