“Qardan adam oldu, Xaqanidən olmadı”

19 Fevral 2017 18:50 Azarkeş 775
“Qardan adam oldu, Xaqanidən olmadı”

Premyer Liqanın XIX turunda “Qəbələ” “Qarabağ”ı qəbul edir. Sportinfo.az-ın məlumatına görə, matçın gedişində yerli azarkeşlər fəallıq nümayiş etdirirlər. Bir qrup qəbələli tərəfdar qonaq komandaya şüarla jest edib.

Belə ki, “Məsafə 410 kilometr, qardaşlıq sonsuza qədər” yazılı pankartı nümayiş etdirən azarkeşlər bununla iki komanda arasındakı rəqabətlə yanaşı əbədi dostluğa da işarə vurublar.

Ev sahiblərinin azarkeşləri ilk hissədə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu "yad edib". Belə ki, yerli fanatların “Qardan adam oldu, Xaqanidən olmadı” sözləri yazılmış pankartı diqqət çəkib. Onlar bununla Məmmədovdan narazılığını ifadə ediblər (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?