Qəbələdə "Qarabağ"ı dəstəkləyənlər arasında "Zaqatala"nın yaşlı azarkeşi İnqilab Soltanov da var. Sportinfo.az-ın məlumatına görə, o, həmyerlisi olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova dəstək əlaməti olaraq tribunada yer alıb. Soltanov Zaqatala klubunun bayrağını tribunada açıb.Qurbanov əslən Zaqatalanadır və onun böyük qardaşı Musa Qurbanov rayonun adını daşıyan, I Divizionda çıxış edən klubun prezidentidi.

