"Qəbələ" - "Qarabağ" oyununda polis azarkeşi sürüyə-sürüyə apardi - VİDEO

19 Fevral 2017 18:09 Azarkeş 752
"Qəbələ" - "Qarabağ" oyununda polis azarkeşi sürüyə-sürüyə apardi - VİDEO

Premyer Liqanın 19-cu turu çərçivəsində “Qəbələ” evdə “Qarabağ”ı qəbul edir. Sportinfo.az xəbər verir ki, matçın ilk yarısında qalmaqal yaşanıb. Belə ki, azarkeşlərdən birini hansısa səbəbdən polislər və bəzi mülki geyimli şəxslər maşına qoyaraq ərazidən uzaqlaşıblar. Asayiş keşikçiləri həmin azarkeşi sürüyərək, güc-bəla ilə ram ediblər. Onlar hətta bəzi hallardavurmaqdan belə çəkinməyiblər.

Bu, 28-ci dəqiqədə meydan sahiblərinin vurduğu qolun referi Fariz Yusifov tərəfindən sayılmamasından sonra baş verib. Azarkeşlər bu vaxt qartopu atmağa başlayıblar. Onların bir qismin meydandakı hakimləri nişan alıb. Tribunanın digər hissəsində isə yerli azarkeşlər qonşuluqdakı qonaq komandanın azsaylı fanatlarını hədəf seçiblər. Məhz "Qarabağ" sektoruna tərəf qartopu atanlardan biri saxlanılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!