Polis heç nədən alman azarkeşləri döydü - FOTO

15 Fevral 2017 16:12 Azarkeş 624
Polis heç nədən alman azarkeşləri döydü - FOTO

Çempionlar Liqasının 1/8 finalında keçirilən “Benfika” - “Borussiya” oyunundan əvvəl (1:0) insident yaşanıb. Sportinfo.az xəbər verir ki, Portuqaliya polisi dortmundlu azarkeşlərə hücum edib. Bu barədə “Borussiya”nın fan-klubunun “tvitter” səhifəsində məlumat yayılıb.

Məlumata görə, polis heç bir səbəb göstərmədən azarkeşləri döyüb. Döyülən azarkeşlərin şəkilləri sosial şəbəkələrdə yayılıb. Daha bir məlumata görə isə dortmundlu azarkeşlər 30 dəqiqə stadiona buraxmayıblar. Səbəb kimi biletləri yoxlayan sistemin sıradan çıxması göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?